NATOdan Rusiya ilə bağlı yeni iddia - "On minlərlə hərbçi..." | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


NATOdan Rusiya ilə bağlı yeni iddia - "On minlərlə hərbçi..."

Dünya A- A A+

NATO baş katibi Yens Stoltenberq çox sayda rus əsgərinin hələ də Ukrayna sərhədində qaldığını iddia edib.

“TASS”ın yaydığı xəbərə görə, Stoltenberq aprel ayında Rusiya qoşunlarının Ukrayna sərhədindən tam şəkildə çıxmadığını bildirib:

“Rusiya ordusunun bir hissəsinin Ukrayna ilə sərhəddən geri çəkilməsini qeyd etdik, ancaq on minlərlə rus hərbçisi hələ də Ukrayna sərhədindədir. Bölgədə ciddi dərəcədə Rusiyanın hərbi varlığı qalmaqdadır. Bununla bağlı müzakirələr aparacağıq”.

Qeyd edək ki, Rusiya 22 apreldə Ukrayna sərhədindən ordunun geri çəkilməsi barədə qərar vermişdi. Daha sonra çox sayda hərbçinin cənub bölgəsində təlimləri bitirərək hərbi hissələrə qayıtdığı açıqlanmışdı

Yeniavaz.com

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...