ABŞ Prezidenti Co Bayden Ağ Evdə açıqlanan aprel ayı məşğulluq hesabatı ilə əlaqədar dəyərləndirmələr edib və jurnalistlərin suallarını cavablandırıb.
İranın Vyanadakı nüvə danışıqlarına ciddi olduğuna inanıb-inanmadığını soruşduqda Bayden "Bəli, inanıram, amma İranın nə qədər ciddi olduğu və nə etməyə hazır olduğu fərqli bir hekayədir. Müzakirələrimiz davam edir", - deyə dəyərləndirmə edib.
İyun ayında Londona və Brüsselə edəcəyi səfər zamanı Putinlə xüsusi görüşü ilə bağlı suala Bayden "Əminəm ki, görüşə biləcəyik. Ancaq görüşün yeri və saatı hələ dəqiq deyil. Bunun üzərində iş gedir", - deyə cavab verib.