Fransa Türkiyəyə qarşı qarşıdurmanı artırmağa çalışır | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Fransa Türkiyəyə qarşı qarşıdurmanı artırmağa çalışır

Dünya A- A A+

Türkiyənin artan gücü Aralıq dənizində yarışa səbəb olub.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın “İnstitut Français des Relations İnternationales” analitik mərkəzinin təhlilində bildirilib.

“Türkiyə bölgədə getdikcə gücünü artırır. Fransa Prezidenti Emmanuel Makron Ankaranın bölgədəki varlığından narahatdır. Makronun Fransanın bölgədə itirdiyi gücü yenidən qurma və Aralıq dənizində liderliyi ələ keçirmə məqsədi Paris rəhbərliyinin ənənəvi, köhnə qaydaya qayıtmaq istəyinin bir hissəsidir”, - təhlildə bildirilib.

Eyni zamanda vurğulanıb ki, Fransa Yunanıstan və Cənubi Kipri dəstəkləyərək, Türkiyəyə qarşı qarşıdurmanı artırmağa çalışır:

“Fransa hökumətinin Yunanıstana “Rafale” qırıcılarını satması, Aralıq dənizinin şərq hissəsinə freqatlar göndərməsi və keçirilən hərbi təlimlərin məqsədi bundan ibarətdir.

Şərqi Aralıq təbii qaz boru xətti layihəsi olan “Eastmed”ə daxil olmayan Türkiyənin öz enerji məsələlərini həll etməyə çalışması da Fransanın narahatlığının əsas səbəblərindən biridir. Ankaranın son vaxtlarda Misirlə yaxınlaşması enerji sahəsində atılan müsbət addımlardan sayıla bilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...