Türkiyə Hərbi Hava Qüvvələri İraqda terrorçuları məhv etdi | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Türkiyə Hərbi Hava Qüvvələri İraqda terrorçuları məhv etdi

Dünya A- A A+

Türkiyə ordusunun İraqın şimalındakı Avaşin-Basyan ərazisində keçirdiyi “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində PKK-nın 5 terrorçusu hava zərbəsi ilə məhv edilib.

“Anadolu” agentliyindən verilən xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

"Güclülər, qətiyyətlilər və qüdrətilər! Biz İraqın şimalında terrorçuların yuvalarını dağıtmağa davam edirik. Daha beş PKK terrorçusu Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib", - Müdafiə Nazirliyini xəbərində deyilir.

Türkiyənin Hərbi Qüvvələri “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində terrorçuları zərərsizləşdirməyi davam etdirəcəklər. İraqın şimalında keçirilən əməliyyat aprelin 24-də başlayıb.

Ordu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...