Bölgədəki gərginliyin səbəbi Baydenin gücsüzlüyünü ifadə edir - Trampdan İsrail-Fələstin münaqişəsinə reaksiya | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


Bölgədəki gərginliyin səbəbi Baydenin gücsüzlüyünü ifadə edir - Trampdan İsrail-Fələstin münaqişəsinə reaksiya

Dünya A- A A+

Mən vəzifədə olduğum zaman bizi Sülh Prezidenti kimi tanıyırdılar, çünki İsrailin düşmənləri ABŞ-ın İsrailin yanında olduğunu və İsrail hücuma məruz qalsa, dərhal intiqam alınacağını bilirdilər.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Tramp bölgədəki gərginliyin səbəbinin Co Baydenin gücsüzlüyü və İsrailin qırğınlarına məhəl qoymaması olduğunu bildirib:

“Baydenin rəhbərliyi altında dünya getdikcə daha qəddar və qeyri-sabit hala gəlir, çünki Baydenin zəifliyi və İsrail üçün yetərsiz dəstəyi müttəfiqlərimizə qarşı yeni hücumlara səbəb olur. Amerika daim İsrailin yanında olmalıdır və fələstinlilərin şiddəti, terrorizmi və raket hücumlarını dayandırması lazım olduğunu bildirməli, ABŞ-ın İsrailin özünümüdafiə hüququnu daim dəstəklədiyini açıq şəkildə göstərməlidir”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...