Qəzza sektorundan İsrail ərazisinə 2,8 mindən çox raket atılıb, onların çoxu zərərsizləşdirilib.
Eurasia Diary Report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (ÇAXAL) rəsmi nümayəndəsi Conatan Konrikus deyib.
“10 may tarixindən bu günə qədər Qəzzadan radikallar tərəfindən İsrail ərazisinə 2 800-dən çox raket atılıb. Bunlardan 430-u Qəzzaya düşərək ziyan və itkilərə səbəb olub. İsrail hərbçiləri buna cavab olaraq radikalların 672 hərbi obyektinə aviazərbələr endirib”, - deyə bildirib.