Avropa Visa və Mastercardı geridə qoyur - Yeni ödəniş sistem yaranır | Eurasia Diary - ednews.net

19 İyun, Şənbə


Avropa Visa və Mastercardı geridə qoyur - Yeni ödəniş sistem yaranır

Dünya A- A A+

2022-ci ildə Avropa ödənişlər məkanında "Avropa Ödənişlər Təşəbbüsü"(EPI – "European Payments Initiative") adlı layihənin icrasına başlanılacağı gözlənilir.

Eurasia Diary xəbər verir ki, layihə Avropadakı istehlakçılar və pərakəndə satıcılar üçün vahid ödəmə həllini yaratmağı hədəfləyir.

EPI özündə ən populyar alətləri – ödəmə kartlarını və rəqəmsal cüzdanları birləşdirəcək ki, bunun köməyi ilə bütün nağdsız ödəniş formalarını idarə etmək mümkün olacaq.

Bu addım Avropada və bütün Avropa İttifaqında nağdsız ödənişlər bazarının mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. EPI yaradıcıları hesab edirlər ki, bu təşəbbüs "Visa" və "Mastercard", eləcə də sürətlə populyarlaşan "Apple Pay" və Çin ödəmə şəbəkələrinin mövqelərini zəiflədəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...