Erməni Milli Konqresi iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
“Novosti Armeniya”-dan verilən məlumata görə, bunu təşkilatın lideri, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan konqresin qurultayında bildirib.
O, partiyası tərəfindən göstəriləcək namizədlər siyahısına başçılıq edəcək. Levon Ter-Petrosyan keçmiş prezident Robert Koçaryanın da qələbəsini istisna edib. Onun sözlərinə görə, Nikol Paşinyan və ya Robert Koçaryanın qələbəsi daxili siyasi mübarizənin davam etməsinə səbəb olacaq: “Belə şəraitdə aktual problemləri həll etmək mümkün olmayacaq”.
L.Ter-Petrosyan bildirib ki, bu halda daxil sabitlik təmin olunsa belə mühacirətin tempi sürətlənəcək.