Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb

Dünya A- A A+

Ermənistanın Araqasotn rayonunun Artenik kənd sakinləri Gümrü-Yerevan avtomobil yolunu hər iki istiqamətdən bağlayıb.

Eurasia Dairy xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Məlumata görə, mayın 16-da kəndin əkin sahələrinə gələn suyun qarşısı kəsilib: “Kəndlilərin 40 faizi əkin sahələrini suvarsa da, 60 faizi suvarmayıb. Kənd adminstrasiyası bildirib ki, bu problemi suvarma şirkəti həll edə bilər. Çünki suyun qarşısını onlar kəsiblər”.

Kənd sakinləri yolu bağlamaqla problemin həlli üçün müvafiq qurumların diqqətini cəlb etmək istədiklərini bildiriblər.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...