Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Erməni Milli Konqresinin qurultayından sonra Zəngəzurdakı vəziyyətə toxunub.
Eurasia Dairy Virtualaz.org-a istinadən məlumatı verir ki, Ermənistanın sabiq prezidenti "Hraparak" nəşrinin jurnalistinin sualına cavabında bildirib ki, "bu gün hər kəs Sünikdən danışır. Bizdə belə halların baş verməməsi üçün ölkə olmalı idi".
Ter-Petrosyan qeyd edib ki, ermənilərin hələ dövləti yoxdur.
Onun nə vaxt olacağı sualına isə eks-prezident qısa cavab verib: "Düzgün seçim edin, onda olacaq".