Ermənistan baş naziri Nikol Paşinyanla Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
Eurasia Dairy Axar.az-a istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədindəki situasiyanı müzakirə ediblər.
Tərəflər həmçinin iki ölkədəki vəziyyət barədə də fikir mübadiləsi aparıblar.