Polşa Prezidenti Ancey Duda Gürcüstandakı çıxışı zamanı Rusiyanın ünvanına kəskin ifadələr işlədib. “RİA Novosti” xəbər verir ki, Duda Rusiyanı anormal ölkə adlandırıb:
“Rusiya anormal, təcavüzkar ölkədir”.
Polşa lideri Moskva ilə münasibətlər məsələsini BMT Baş Assambleyasının sessiyalarında qaldıracağını deyib.
Xatırladaq ki, Duda daha əvvəl Rusiyanı “azadlıq düşməni” adlandırmışdı.