Çeçenistan lideri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə qarşı çıxış etməsiylə bağlı yayılan məlumatları təkzib edib.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, Teleqram kanalında paylaşım edən Kadırov yayılan məlumatların siyasi skandal naminə hazırlanan cəfəngiyat olduğunu bildirib:
“Siyasi skandal və ya məşhurlaşmaq naminə cəfəngiyat jurnalistə şöhrət gətirmir. Mən belə qələm ustalarını antipeyvənd cahilləri ilə müqayisə edərdim - hər ikisi ölkənin gələcəyini düşünmür”.
Kadırov sözün həqiqi mənasında Putinin döyüşçüsü və onun qarşısında borclu olduğu üçün istənilən istiqamətdə minlərlə kilometr gedib, istənilən çətin əmri icra etməyə hazır olduğunu bildirib.