ABŞ Belarusla hava məkanının qarşılıqlı istifadəsi haqqında razılaşmanı dayandırıb.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki yayıb.
“ABŞ Belarusla hava məkanından istifadə haqqında 2019-cu ildən bu yana tətbiq edilən razılaşmanı dayandırır”, – deyə o bildirib.
Qeyd edək ki, bu barədə razılaşma 2019-cu ilin dekabrında imzalanmışdı.