İspaniya ABŞ-ın Qərbi Saxaranın statusuna görə təşkil etdiyi “Afrika aslanı 2021” təlimində iştirakdan imtina edib.
Məlumatı “El Pais” qəzeti yayıb.
Məlumata görə, təlim 7-18 iyun aralığında Mərakeş, Tunis və Seneqalda keçiriləcək. İspaniya Müdafiə Nazirliyi təlimə dəvət təklifini büdcəyə korrektə adı altında rədd edib. Lakin qəzet imtinanın əsas səbəbinin təlimlərin ilk dəfə Qərbi Saxarada keçirilməsi ilə bağlı olduğunu bildirib: “Madrid hesab edir ki, buraya ispan hərbçilərinin göndərilməsi onun keçmiş müstəmləkəsinin Mərakeş tərəfindən “işğalının” qanuniləşdirilməsi anlamına gələcək”.