Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşdə keçən həftə baş verən hadisələrlə əlaqəli məsələni aydınlaşdırmağa kömək edəcək gizli sənədləri olduğunu söyləyib.
Rusiya Prezidenti Vladimir Putin "Qərbin yeni hücumları" qarşısında Belarusa dəstəyini vurğulayıb.
Gərginlik keçən həftə Belarus hökumətinin bir sərnişin təyyarəsini məcburi endirməsi və müxalifət fəalı Roman Protasoviçi və Sofiya Sapqanı birlikdə saxlamasından sonra artıb.