Qətərin İsraillə münasibətlərinin normallaşması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani deyib.
“Münasibətlərin normallaşması suveren qərardır, Dohanın mövqeyi dəyişməz olaraq qalır. Qətər İsraillə münasibətləri fələsintinliləri razı salan inkişaf əldə olunana qədər normallaşmayacaq”, – deyə o bildirib.