Rusiyanın Yekaterinburq şəhərində atışma qeydə alınıb.
Eurasia Diary xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata əsasən, yaşayış binalarından birinin sakini öz mənzilinin pəncərəsindən həyətə atəş açıb.
Nəticədə azyaşlı qız və Rusiya Milli Qvardiyasının əməkdaşı yaralanıb.
Hadisənin şəhərin Borodin küçəsində baş verdiyi qeyd olunub.
Artıq atəş açan şəxsin saxlanıldığı və onun keçmiş polis əməkdaşı olduğu bildirilib.
Cinayətkarın şəxsiyyəti isə hələ ki, açıqlanmır.