Türkiyənin Kocaeli vilayətindən İzmit şəhəri istiqamətinə gedən avtomobil yolunda ağır yol qəzası olub.
Eurasia Diary xəbər verir ki, hadisə bu gün səhər saatlarında həmin istiqamətdə hərəkət edən ağır yük maşınının idarəetməni itirərək yoldan çıxması nəticəsində baş verib.
Zəncirvari yol qəzasında ağır yük maşınının arxasından gələn sərnişin avtobusu ilə 21 avtomobil toqquşub. 20 nəfərin yaralandığı qəzada İstanbul və Ankara istiqamətində böyük tıxac yaranıb.