Sabahdan Azərbaycanda olan Gürcüstan vətəndaşları əvvəlcədən qeydiyyatdan keçmədən ölkələrinə qayıda biləcəklər.
Eurasia Diary xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, iyunun 1-dən etibarən Gürcüstan vətəndaşları ölkənin quru sərhədləri ilə rahatlıqla öz ölkələrinə qayıda biləcəklər.
Səfirlik Gürcüstana daxil olan şəxslərə son 72 saat ərzində əldə edilmiş PZR analizinin mənfi nəticəsini göstərən sənəd əldə etmələrini tövsiyə edib.
Qeyd edək ki, Gürcüstana daxil olan şəxslər ölkədə olmalarının 3-cü günündə yenidən öz hesablarına PZR testi verməlidirlər.
Xatırladaq ki, Gürcüstan iyunun 1-də ölkənin quru sərhədlərini açacaq.