Tanınmış erməni ictimai fəal Tatev Ayvazyan ikinci Qarabağ müharibəsində ölmüş erməni hərbçilərin cəsədlərinin qalıqlarının morqlarda gizlədilməsinə münasibət bildirib.
Eurasia Diary xəbər verir ki, Ayvazyan 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ölkəsində gənclərin, uşaqların hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. Çünki Ermənistanda gənclərə, uşaqlara məlum morq fotolarındakı kimi münasibət sərgilənir. “Ermənistanda uşaqlar müdafiə altında olmurlar. Ermənistanda uşaqlar öldürülür və çuvallarda saxlanılır. Ermənistanın hər bir vətəndaşı təhlükə altındadır. Başa düşürsünüzmü ki, bu qorxu filmlərini xatırladan kadrdır. Əgər qorxu filmi bir saat yarım çəkirsə, biz 7 aydır ki, qorxu içində yaşayırıq.
Siz 18 yaşlı uşaqları doğrayıb çantanızda saxlamısınız.
"Mərhəmətli" cinayətkarlar, uşaqlarınızın ad günlərini çantanızda başqalarının uşaqlarının parçalanmış meyitlərini gəzdirməklə qeyd edirsiniz. Əsgərlər canlarını verdilər ki, müharibədən 7 ay sonra zirzəmilərdə torbalarda qalsınlar? İyunun 1-də uşaqları meydanda toplayacaqsınız. Onların qardaşlarının və atalarının necə parçalara böldüyünüzü və torbalara necə doldurduğunuzu izah edin",-deyə ictimai fəal bildirib.
Xatırladaq ki, dünən sosial şəbəkələrdə və KİV-lərdə məhkəmə tibbi ekspertizanın Abovyan şöbəsində yüzlərlə erməni əsgər cəsədinin plastik torbalarda saxlanılmasına dair görüntülər yayılıb.