Braziliyada xarici vətəndaşların ölkəyə yalnız təyyarə ilə gəlişinə icazə verilib.
Eurasia Diary xəbər verir ki, bu barədə TASS məlumat yayır. Bildirilir ki, məhdudiyyətlər koronavirusun yeni variantlarının yayılmasının potensial epidemioloji nəticələri ilə əlaqədar tətbiq olunub. Qeyd edilir ki, əcnəbilər Braziliyaya gəlmək üçün yola düşmədən ən geci 72 saat əvvəl verilən mənfi nəticəli COVID-19 testi təqdim etməlidirlər.
Xatırladaq ki, Braziliya prezidenti Jair Bolsonaro koronavirus pandemiyası səbəbiylə tətbiq olunan məhdudiyyətlərin konstitusiyaya zidd olduğunu bildirib və bununla bağlı ölkənin Federal Ali Məhkəməsinə müraciət edib.