ABŞ Prezidenti Co Baydenə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə uğurlar arzulayıram. Bayden, görüş zamanı yatma və Putinə ən səmimi diləklərimi çatdır.
Eurasia Diary xəbər verir ki, bunu ABŞ-ın eks-prezidenti Donald Tramp deyib.
O, prezidentliyi dövründə Helsinkidə Putinlə məhsuldar görüş keçirdiyini də xatırladıb.
Qeyd edək ki, Rusiya-ABŞ sammiti iyunun 16-sında İsveçrənin Cenevrə şəhərində olacaq.