“Bura babalarınızın Türkiyəsi deyil” - Ərdoğan gözlənilməz addımlar atır | Eurasia Diary - ednews.net

25 İyul,


“Bura babalarınızın Türkiyəsi deyil” - Ərdoğan gözlənilməz addımlar atır

Dünya A- A A+

“Bayden administrasiyası Türkiyəyə qarşı yeni yol xəritəsi hazırlamalıdır. Türkiyə soyuq müharibə zamanı olduğu kimi qərbin sadiq tərəfdarı deyil, amma yenə də önəmli müttəfiqdir”.

Eurasia Diary xəbər verir ki, ABŞ-ın “Wall Street Journal”nın “Bura babalarınızın Türkiyəsi deyil” başlıqlı məqaləsində belə qeyd edilib. 

ABŞ-Türkiyə münasibətlərindən bəhs edən yazıda bu əlaqələrin qarışıq hala gəldiyi vurğulanıb. 

Yazıda qeyd edilir ki, Vaşinqton yeni müttəfiqlik xəritəsinin necə olacağını hələ müəyyən etməyib.

“Türkiyə ABŞ-a digər NATO üzvlərindən daha çox problemlər yaradır. Türkiyə prezidentinə yaxın dairələr 2016-cı ildə hərbi çevriliş cəhdinin arxasında ABŞ-ın olduğuna inanır”. Müəllifin fikrincə, Ankaranın xarici siyasəti daha müstəqil hala gəlib:

“Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin atacağı addımları proqnozlaşdırmaq çətinləşib. Çünki Türkiyə dövləti gözlənilməz addımlar atır”.

Müəllif qeyd edir ki, Vaşinqton Türkiyənin Hollandiya, Norveç və İspaniya kimi davranmasını gözləyərsə, nəticə hər iki tərəfi məyus edəcək.

Bizim.Media

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...