ABŞ-ın Rusiyadakı keçmiş səfiri: “Mən Putindən qorxuram” | Eurasia Diary - ednews.net

25 İyul,


ABŞ-ın Rusiyadakı keçmiş səfiri: “Mən Putindən qorxuram”

Dünya A- A A+

“Mən Bayden və Putin arsında olan son görüşdə iştirak etmişəm (Moskva, 2011-ci ilin martı). Putin o zaman sərt mesajlar vermişdi. Onun gələn həftə Cenevrədə də eyni şeyi edəcəyindən şübhələnirəm”.

Eurasia Diary xəbər verir ki. bu sözləri ABŞ-ın Rusiyadakı keçmiş səfiri (2012-2014) Maykl Makfol özünün sosial şəbəkə hesabında bölüşüb.

Onun paylaşımında Baydenin ABŞ vitse-prezidenti kimi 2011-ci ildə Putinlə görüşdən foto da yer alıb. 

Xatırladaq ki, 10 il öncə Putinlə Bayden arasındakı görüşdə müxtəlif məsələlər müzakirə olunub. Cəmi bir sürüşkən mövzu qeydə alınıb ki, o da viza məsələsi idi. Belə ki, Putin Baydenə məlumat verib ki, Avropa ölkələri ilə Rusiya arasında vizasız rejimə keçidlə bağlı danışıqlar gedir və Moskva bunu Vaşinqtonla da reallaşdırmaq istəyir. Bu istiqamətdə Baydenin köməyinə ehtiyac duyduğunu deyən Putin Cozefdən müsbət cavab ala bilmədi.

Çünki Baydenin 10 il əvvəlki cavabı sərt alındı:

“ABŞ prezidenti ilə vitse-prezidenti arasında böyük fərq var. Mən belə məsələlərlə məşğul olmuram”.

Putinin bu cavbdan sonrakı reaksiyası isə amerikalı diplomatları təşvişə salıb. Yoxsa Makfol kimi diplomatlar Cenevrə görüşündən narahat olmazdılar.

Bizim.Media

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...