Pakistan Dispatch News Desk News (DND) qəzetinin jurnalistləri Pakistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən mükafatlandırılıb. Mükafat Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və Pakistanın Xarici İşlər naziri cənab Sohail Əhməd tərəfindən təqdim olunub.
Qeyd edək ki, DND 2016-cı ildə Pakistan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin inkişafındakı xidmətlərinə görə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən də mükafatlandırılıb.
Bu mükafat DND-nin və komandasının 2012-ci ildə fəaliyyətə başladığı gündən bəri gördüyü işləri davam etdirdiyini göstərir. İlk Beynəlxalq Mükafat, 2013-cü ildə Nepal hökuməti tərəfindən verilib.