NATO Ukrayna və Gürcüstanın alyansa qoşulmaq şərtini açıqlayıb.
Eurasia Diary xəbər verir ki, bu məlumatı TASS agentliyi öz diplomatik mənbələrinə istinadən yayıb. Məlumata görə, Kiyev və Tiflisin təşkilata üzvlüyü üçün Rusiya ilə bütün ərazi konfliktlərini nizamlanması tələb edilib:
“Əgər onlar bu tələbi icra etməsələr, NATO-nu Moskva ilə hərbi qarşıdurma təhdidi gözləyir. Bu, faktiki olaraq dünya müharibəsinə bərabərdir”.
Mənbə, həmçinin Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünün alyansın Brüsseldəki sammitində müzakirə edilməyəcəyini vurğulayıb.