Almaniya Azərbaycanı riskli ölkələr siyahısından çıxardı | Eurasia Diary - ednews.net

1 Avqust,


Almaniya Azərbaycanı riskli ölkələr siyahısından çıxardı

Dünya A- A A+

Almaniya hökuməti Azərbaycanı COVID-19 riski altında olan bölgələr siyahısından çıxarıb.

Eurasia Diary yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan "Robert Koch" İnstitutu məlumat yayıb.

Azərbaycanla bərabər siyahıdan ABŞ, Avstriya, Ukrayna və Moldova da çıxarılıb.

Həmçinin Kanada, Bosniya və Herseqovina, Livan, Çernoqoriya, Şimali Makedoniya, Serbiya, Kipr, Yunanıstanın bir sıra bölgələri, İsveçrə, Xorvatiya, Norveç, Portuqaliya da artıq bu siyahıda yer almır. Dəyişikliklər iyunun 13-dən etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, adıçəkilən ölkələrin risk bölgələri siyahısından xaric edilməsi, buradan Almaniyaya gələn insanların bir sıra tələblərdən azad olmasını da nəzərdə tutur. Xüsusilə, onların Almaniyaya girişlə bağlı xüsusi qeydiyyat aparmaları, gəlməzdən əvvəl COVID-19 testi vermələri və ölkəyə daxil olduqdan sonra bir sıra karantin qaydalarına əməl etmələrinə ehtiyac olmayacaq.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...