Paşinyandan növbəti biabırçılıq - Yenə siyasi gülünc səhv edib | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Paşinyandan növbəti biabırçılıq - Yenə siyasi gülünc səhv edib

Dünya A- A A+

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Geğarkunik bölgəsindəki seçkiqabağı mitinqdəki çıxışı zamanı gülünc vəziyyətə düşüb.

Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, o, çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrovu əvvəlcə Rusiya prezidenti, daha sonra isə baş naziri adlandırıb.

“Rusiya prezidenti ... baş naziri Sergey Lavrov İrəvana gələndə və bundan bir gün əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri minalanmış ərazilər haqqında məlumat üçün çağırış edəndə...”, - deyə çıxış edən Paşinyan öz səhvinin fərqinə də varmayıb.

Ondan arxada dayanan ərazi idarəedilməsi və infrastruktur naziri Suren Papikyan və xanımı Anna Akopyan da Paşinyanın bu səhvinə gülümsünüblər.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...