“Mehrab və Mehri komandirləri ilə bağlı xidməti istintaq hələ yeni başlayır, əminəm ki, bu, siyasi səbəblərlə əlaqəlidir".
Eurasia Diary xəbər verir ki, bunu Ermənistanın Mehri şəhərinin başçısı Mxitar Zakaryan deyib.
“O qədər axmaqdırlar ki, siyasi proseslərə qarışdıqları ilə əsaslandırıblar. Lakin reallıq budur ki, səbəb Nikolun xeyrinə siyasi proseslərə qarışmamaqdır, xidməti istintaq bu istiqamətdə gedəcək”, - deyə o qeyd edib.
Zakaryan bildirib ki, Mehrab və Mehri komandirləri təmiz hərbçilərdirlər, heç vaxt siyasi proseslərə qarışmayıblar.