Paşinyan: Mənim oğlum da sizin oğullarınız kimi pivə satır | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Paşinyan: Mənim oğlum da sizin oğullarınız kimi pivə satır

Dünya A- A A+

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan respublikada elit təbəqənin xalqa qarşı sinfi mübarizəsinin getdiyini bəyan edib.

Eurasia Diary xəbər verir ki, Paşinyan qarşıdakı parlament seçkilərinin məqsədindən danışarkən deyib:

“Bu seçkilər elita ilə xalqın arasındakı savaşdır. Müharibə ilə müharibədən sonrakı vəziyyətin yalnız bəhanə olduğu aydındır. Bu, sinfi mübarizəyə çevrilib. Elitanın xalqa və vətəndaşa, öz xalqına qarşı müharibəsinə çevrilib. Onlar mənə qarşı mübarizə aparırlar, çünki mənim oğlum da sizin oğullarınız kimi pivə satır. Mənim oğlum özünü başqa insanların oğularından üstün saymır. Bu isə onların qurduqları piramidanı yerlə bir edir. Çünki onların oğulları hamıdan yuxarıda olmalı, milyonlar qazanmalıdır… Deməli, Ermənistanda dinc, polad kimi möhkəm, xalq inqilabı start götürüb”.

Bəlli olduğu kimi, 20 iyun tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərdə 25 siyasi qüvvə – 21 partiya və dörd blok iştirak edir. İyunun 11-i, səhər saatlarından etibarən Ermənistanda seçkilərdə elektron səsvermə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...