G7 liderləri Çinə uyğur türkləri və COVID-19-la bağlı çağırış etdilər | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


G7 liderləri Çinə uyğur türkləri və COVID-19-la bağlı çağırış etdilər

Dünya A- A A+

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri Tayvan boğazında sülhə və sabitliyə çağırırlar.

Eurasia Diary xəbər verir ki, bu barədə bazar günü Karbis-Bey şəhərində Böyük Britaniyanın, Almaniyanın, İtaliyanın, Kanadanın, ABŞ-ın, Fransanın və Yaponiyanın qeyri-formal birliyinin üçgünlük sammitinin nəticəsinə görə əldə olunan razılaşmanın nəticəsinə istinadən “Reuters” agentliyi bildirib.

"Biz Tayvan boğazında sülhün və sabitliyin əhəmiyyətini dəstəkləyirik", - sənədin layihəsində deyilir. "Yeddilik" ölkələri liderlərinin birgə bəyanatında belə frazadan ilk dəfə istifadə olunur.

G7 ölkələrinin liderləri Cənubi Çin və Şərqi Çin dənizlərində vəziyyətdən ciddi narahatlıqlarını ifadə ediblər.

"Biz Cənubi Çin və Şərqi Çin dənizlərində vəziyyətdən narahatıq, həmçinin status-kvonu istənilən formada birtərəfli dəyişdirmək və gərginliyi gücləndirmək cəhdlərinə qarşı çıxırıq", - sənəddə deyilir.

G7 ölkələri rəsmi Pekini Çin Xalq Respublikasının Sinszyan-Uyğur Muxtar rayonunda uyğurların hüquqlarına və azadlığına, həmçinin Honkonqun muxtariyyətinə hörmət etməyə çağırıblar.

G7 ölkələri həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi altında yeni koronavirusun mənşəyi ilə bağlı ikinci araşdırmasının aparılmasına çağırıblar.

G7 Paris razılaşması çərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin illik maliyyələşdirilməsini 100 milyard dollara qədər artırmaq niyyətindədir.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...