İsrail hökumətində 13-cü baş nazir - Knessetdə andiçmə mərasimi | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


İsrail hökumətində 13-cü baş nazir - Knessetdə andiçmə mərasimi

Dünya A- A A+

İsraildə "Yamina" partiyasının lideri Naftali Bennetin bu gün Knessetdə (ölkə parlamenti) 13-cü baş naziri olaraq andiçmə mərasimi keçirilib.

Eurasia Diary TASS-a istinadla xəbər verir ki, daha əvvəl Knesset 59 səs əleyhinə 60 səslə Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib və "Yesh Atid" partiyasından Miki Levini yeni spiker seçib.

Səkkiz partiyanın iştirakı ilə koalisiya əsasında qurulan 36-cı İsrail hökumətində Müdafiə Nazirliyinə "Kahol-Lavan"ın sədri Beni Qantz, Xarici İşlər Nazirliyinə ilk iki ildə Lapid, Daxili İşlər Nazirliyinə "Yamina" partiyasından Ayelet Şaked rəhbərlik edəcək. Kabinetdə üç rusdilli nazir olacaq: "Evimiz İsrail" partiyasının başçısı Aviqdor Liberman Maliyyə, "Yesh Atid"dən Konstantin Razvozov Turizm və "Yeni Ümid"dən Zeev Elkin Qüds İşləri Nazirliklərinə rəhbərlik edəcəklər.

Qeyd edək ki, bununla da İsraildə 12 il ərzində ilk dəfə Binyamin Netanyahunun “Likud” partiyasının iştirakı olmadan koalisyon hökumət formalaşdırılıb. Bu o deməkdir ki, Netanyahunun partiyası müxalifətdə olacaq.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...