Conson Şimali İrlandiyaya görə Makrondan incidi | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Conson Şimali İrlandiyaya görə Makrondan incidi

Dünya A- A A+

G7 (“Böyük yeddilər”) sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşən Böyük Britaniyanın Baş naziri Boris Conson Şimali İrlandiya protokolundan narazılığını ifadə edib.

Eurasia Diary xəbər verir ki, bu barədə “The Daily Telegraph” Londondakı mənbəsinə istinadən xəbər verir.

Bu protokol, İngiltərənin digər hissələrindən Şimali İrlandiyaya gedən malların gömrükdə yoxlanılmasını ehtiva edir.

Conson, Makrondan Tuluzadakı kolbasaların Parisə gətirilməsi mümkün olmasa nə edeyəcəyini soruşub. Fransa Prezidenti cavabında belə bir müqayisənin yanlış olduğunu söyləyib, çünki Paris və Tuluza eyni ölkənin şəhərləridir, bununla da faktiki olaraq Şimali İrlandiyanın Birləşmiş Krallığın hissəsi olmadığını bildirib.

Makronla görüşdükdən sonra jurnalistlərə açıqlama verən B. Conson “Bəzi liderlər Böyük Britaniyanın vahid ölkə olduğunu başa düşsələr yaxşı olar” deyib.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...