Gürcüstan NATO-nun üzvü olacaq - Baş katib: | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Gürcüstan NATO-nun üzvü olacaq - Baş katib:

Dünya A- A A+

“Gürcüstan NATO-nun üzvü olacaq, lakin dəqiq tarix müəyyən edilməyib”.

Eurasia Diary xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.

O, NATO-nun əsas diqqətinin Gürcüstanda islahatlara, ölkənin müdafiə və təhlükəsizlik institutlarının möhkəmləndirilməsinə yönəldildiyini bildirib.

Y.Stoltenberq qeyd edib ki, Gürcüstan və Ukrayna Qara dəniz regionunda Alyans üçün çox mühüm tərəfdaşdır.

Baş katib yaxın gələcəkdə Gürcüstan üçün yol xəritəsinin hazırlanıb-hazırlanmayacağı barədə suala cavab olaraq bildirib ki, NATO-nun qapıları açıqdır, lakin konkret müddətlərin açıqlanması planlaşdırılmır.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...