Erməni hərbçilər ordudan qaçır: Pul yox, yemək yox, yatmağa yer yox, hətta tualet də yox... | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Erməni hərbçilər ordudan qaçır: Pul yox, yemək yox, yatmağa yer yox, hətta tualet də yox...

Dünya A- A A+

Ermənistan silahlı qüvvələrində müqavilə əsasında xidmət edən hərbi qulluqçular müqavilələrinə xitam verilməsini istəyirlər.

Buna səbəb ordudakı təminatın zəifliyi, şəraitsizlik və qeyri-müəyyənlikdir.

Eurasia Diary xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Qəzetin yazdığına görə, son bir neçə gündə 50 hərbi qulluqçu bu barədə müraciət edib.

Onlar səbəb kimi qida təminatının olmamasını, hətta yatmağa yerin tapılmadığını, tualetlərin belə olmadığını göstəriblər. Hərbi hissələrdəki bu dözülməz şərait onları silahlı qüvvələrdən ayrılmağa vadar edir.

Həmçinin aldıqları əmək haqqının qiymətlərə adekvat olmadığı bildirilir ki, yaxın zamanda məğlub ölkənin hərbi qulluqçulara daha yaxşı təminat vəd etməsi inandırıcı görünmür.

Cəbhə.info

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...