Serbiya Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Serbiya Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır

Dünya A- A A+

Serbiya şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa-tikinti prosesində iştirak etməyə hazırdır.

Bunu  müsahibəsində Serbiya Respublikasının Azərbaycandakı yeni səfiri Draqan Vladisavlyeviç bildirib.

Onun sözlərinə görə, Serbiya şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirməkdə maraqlıdır. “Serbiya şirkətləri Azərbaycan bazarında varlıqlarını əhəmiyyətli dərəcədə artırmağa hazırdır və belə istəkləri var. Buna görə önümüzdəki dövrdə səfirliyimiz ölkələrimizin şirkətləri arasında işgüzar əlaqələrin qurulması, onların potensialının müəyyən edilməsi istiqamətində iş aparacaq, sonra bunlar praktikada tam həyata keçiriləcək. Serbiya Respublikası demək olar ki, bütün sahələrdə - dünya səviyyəli xidmətlər göstərən şirkətləri ilə həqiqətən fəxr edə və bu xidmətləri çox uyğun qiymətlərlə təklif edə bilər”, - deyə səfir vurğulayıb.

Azvision.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...