Azərbaycanın dostuna qarşı istintaq başlandı | Eurasia Diary - ednews.net

29 İyul, Cümə axşamı


Azərbaycanın dostuna qarşı istintaq başlandı

Dünya A- A A+
“Əgər İstintaq Komitəsi vitse-spikerlə razılaşacaqsa, o zaman Cinayət Məcəlləsinin 128.1 (böhtan) maddəsi ilə cinayət işi başlana bilər…”
 
Rusiya İstintaq Komitəsi Azərbaycanın bu ölkədəki nadir dostlarından olan məşhur jurnalist və ictimai xadim Maksim Şevçenkoya qarşı istintaqa başlayıb. Buna səbəb jurnalistin Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı, vitse-spiker Olqa Timofeyevanın ünvanına dediyi sözlər olub.
 
Eurasia Diary xəbər verir ki, bu haqda “TASS” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb. “RT” telekanalı da informasiyanı təsdiqləyir. Yoxlamanın başlanması barədə ilk məlumatı isə “Mash” telegram-kanalı verib.
 
TASS-ın həmsöhbəti istintaqın başlanma səbəbinin Şevçenkonun 2021-ci il aprelin 4-də “YouTube”-də yayımlanmış bir çıxışının olduğunu bildirib. 
 
“Həmin çıxışında M.Şevçenko Timofeyeva tərəfindən qızlarına hicab geyindirən və daha sonra öldürülən noqay milliyyətindən olan valideynlərin təqib olunmasından danışıb. Təqibə dair sözlər üzündən Timofeyeva İstintaq Komitəsinə müraciət edib və nəticədə istintaq başlanıb.
 
Cinayət işi hələ başlanmayıb. Qərar yalnız yoxlamanın nəticələrindən sonra veriləcək. Əgər İstintaq Komitəsi Timofeyeva ilə razılaşacaqsa, o zaman Rusiya Federasiyası Cinayət Məcəlləsinin 128.1 (böhtan) maddəsi ilə cinayət işi başlana bilər”- deyə “TASS”-ın mənbəyi qeyd edib.

Moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...