Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirib | Eurasia Diary - ednews.net

25 İyul,


Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirib

Dünya A- A A+

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə baş tutan söhbətin tonunun “yaxşı” və “pozitiv” olduğunu bildirib.

Eurasia Diary xəbər verir ki, bunu o, rusiyalı həmkarı ilə Cenevrədə keçirdiyi görüşün ardından təşkil olunmuş mətbuat konfransında deyib.

“Sizə deməliyəm ki, bütün görüşün tonu... yaxşı, pozitiv idi. Hər hansı sərt hərəkətlər olmadı. Xeyr, heç bir təhdid yox idi”, - deyə Bayden qeyd edib.

Onun sözlərinə görə, tərəflər bir-biri ilə fikir ayrılığında olduqları məqamları da ortaya qoyublar.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...