Bayden ona sual verən jurnalisti təhqir etdi - VİDEO | Eurasia Diary - ednews.net

29 İyul, Cümə axşamı


Bayden ona sual verən jurnalisti təhqir etdi - VİDEO

Dünya A- A A+

ABŞ Prezidenti Co Bayden Cenevrə şəhərində Rusiya Prezidenti Vladimir Putinlə  görüşdükdən sonra mətbuat konfransında çıxış edib.

Eurasia Diary xəbər verir ki, Bayden çıxışı zamanı bəzi məsələləri  jurnalistlərlə  bölüşüb.  Daha sonra Bayden  kürsüdən çıxarkən ona sual verən jurnalistin üstünə qışqırıb. 

Belə ki,  jurnalistin "Sizi, Putinin davranışını dəyişdirəcəyinə inandıran nədir?" sualına, "Məndə belə bir əminlik yoxdur, nə baş verir, niyə hər zaman belə edirsən?! Nə vaxt belə bir şey dedim?" deyə yüksək səslə bağırıb. 

Maraqlısı budur ki,  ABŞ-a qayıtmaq üçün prezident təyyarəsinə minməzdən əvvəl Bayden jurnalistdən üzr istəyib. 

“Bu qədər qəzəbləndiyim üçün üzr istəyirəm. Heç vaxt müsbət suallar verməzsən",- deyə ABŞ lideri ifadə edib. 

Unikal.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...