Türkiyə Rusiya ilə birgə raket hazırlaya bilər | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Türkiyə Rusiya ilə birgə raket hazırlaya bilər

Dünya A- A A+

Türkiyə özünün orta sinif raketlərinin yaradılması və işlənməsində Rusiyaya potensial tərəfdaş kimi baxır.

Eurasia Diary xəbər verir ki, bunu Türkiyə Milli Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım deyib.

“Biz hələlik belə raketləri təkbaşına yaradacaq səviyyədə deyilik. Biz, əlbəttə, bunun üzərində çalışırıq, amma hələlik bizə beynəlxalq kooperasiya lazımdır. Bu planda Rusiya yaxşı tərəfdaş ola bilər. Danışıqların gedişində bunu da müzakirə edəcəyik. Yükgötürmə qabiliyyəti 2-4 ton və start kütləsi 300 ton olan raket Türkiyəyə lazımdır ki, onu ekvatorial ölkələrdən birində tikiləcək kosmodromdan buraxa bilək”, – deyə o bildirib.

O, hazırda kosmodromun tikilməsinə razılıq verə biləcək ölkələrlə danışıqların aparıldığını bildirib.

Yıldırım Türkiyənin özünün raket hazırlamaq üçün texnologiyalara 2029-cu ildə sahib olacağını deyib.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...