Baydenlə müttəfiqliyimizi layiqli şəkildə davam etdirmək istəyirik - Türkiyə prezidenti | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Baydenlə müttəfiqliyimizi layiqli şəkildə davam etdirmək istəyirik - Türkiyə prezidenti

Dünya A- A A+

"Baydenlə münasibətlərimizi müttəfiqlik və strateji tərəfdaşlığa layiq şəkildə davam etdirmək istəyirik".

Eurasia Diary xəbər verir ki, bunu Bakıda səfərdə olarkən jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"ABŞ-la Suriyadan Liviyaya, terrorla mübarizədən enerjiyə, ticarətdən investisiyaya qədər bütün sahələrdə geniş əməkdaşlıq potensialımız var. Ölkələrimiz arasında mövcud mexanizmləri işə salaraq bu potensialı tam həyata keçirməyi hədəfləyirik", - deyə Türkiyə Prezidenti vurğulayıb.

F-35 və S-400-lə bağlı ABŞ və Türkiyə arasında fikir ayrılığına toxunan Rəcəb Tayyib Ərdoğan bildirib ki, NATO sammiti çərçivəsində ABŞ Prezidenti ilə görüşündə bu məsələ barədə danışıblar: “Bildirdim ki, istər F-35, istərsə də S-400 məsələsində Türkiyədən fərqli addım gözləməsinlər."

Türkiyə Prezidenti F-35 məsələsində ölkəsinin öz üzərinə düşən məsələləri həll etdiyini bildirib.

"S-400-lə bağlı Sizdən “Patriot” istədik, vermədiniz, əksinə, əlimizdə olanları aldınız. Belə olan halda, biz nə etməli idik? Öz başımızın çarəsinə baxmalı idik", - deyə cənab Ərdoğan qeyd edib.

Türkiyə lideri vurğulayıb ki, ABŞ-la müdafiə sənayesi ilə bağlı bütün məsələlər və birgə atılacaq addımların müzakirəsi davam edəcək.

"Növbəti mərhələdə xarici işlər nazirimiz, milli müdafiə nazirimiz və müdafiə sənayesi nazirimiz amerikalı həmkarları ilə görüşərək, bu prosesi həyata keçirəcək", - deyə o əlavə edib.

ABŞ Prezidenti Co Baydenin Türkiyəyə səfər etmək niyyətində olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan bununla bağlı tarixin hələlik müəyyənləşmədiyini, lakin Brüsseldə görüş zamanı Baydenin Türkiyəyə səyahət etmək istəyini dilə gətirdiyini deyib.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...