Koçaryan Paşinyanın çəkicinə oraqla cavab verəcək | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Koçaryan Paşinyanın çəkicinə oraqla cavab verəcək

Dünya A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyan rəqiblərini əlində çəkic yelləyib hədələdiyi bir vaxtda keçmiş prezidenti Robert Koçaryanın Vardenisdə seçicilərlə görüşü zamanı iştirakçılardan biri ona oraq hədiyyə edib. Həmin şəxs bildirib ki, oraq və çəkic haqda hamıya məlumdur. Çəkic korlamaq, vurub dağıtmaq alətidir, oraq isə kənd təsərrüfatı alətidir.

“Mən çəkicə qarşı oraq gətirmişəm. Onu sizə bağışlayıram ki, kənd təsərrüfatını bərpa edəsiniz, siyasi alaq otlarını biçəsiniz”,-vardenisli kəndli Robikə bildirib.

Koçaryan çəkici götürüb, etiraf edib ki, aləti görəndə əvvəlcə qorxub. “Fikirləşdim ki, bu axtalama alətidir? Xoşbəxtlikdən, yox. Onu təyinatı üzrə istifadə etməyə söz verirəm”,-Koçaryan deyib.

Bundan əvvəl Koçaryan demişdi ki, Paşinyanın çəkicinə cavab olaraq əlinə hansısa alət almağa hazırlaşmır, çünki onun yumruğu “çəkic kimi möhkəmdir”. 

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...