Nikol hərəkətə keçdi, hakimiyyətdə qalacaq - Zurabyan | Eurasia Diary - ednews.net

5 Avqust, Cümə axşamı


Nikol hərəkətə keçdi, hakimiyyətdə qalacaq - Zurabyan

Dünya A- A A+

Ermənistanda seçkilərə 2 gün qalıb, amma Nikol Paşinyan artıq onların nəticələrinin saxtalaşdırılmasına nail olub.

Eurasia Diary xəbər verir ki, bu barədə Erməni Milli Konqresi Partiyasının sədr müavini Leon Zurabyan “Pressinq” verlişinin efirində bildirib.

“Bizdə Nikol Paşinyanın hakimiyyətdəki rıçaqlarından istifadə edərək, seçkinin nəticəsinə təsir edəcək bəzi detalları saxtalaşdırmasına dair sübutlar var. Hökumətə göstəriş verilib ki, Paşinyanın arxasında dayana biləcək insanları toplamaq üçün bütün inzibati gücdən istifadə edilsin. Bu isə dövlət müəssələrində çalışan yüzminlərlə insan deməkdir. Əgər onlar buna nail ola bilsə, Nikol Paşinyan saxtakarlıqla hakimiyyətdə qalacaq. Heç kim də ona mane ola bilməyəcək", - deyə Zurabyan qeyd edib.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...