ABŞ prezidenti Co Bayden iyunun 28-də israilli həmkarı Reuven Rivlin ilə Ağ evdə görüşəcək.
Eurasia Diary xəbər verir ki, bu barədə Ağ evin sözçüsü Cen Psaki məlumat yayıb. Onun sözlərinə görə, Prezidentlər bölgənin üzləşdiyi bir çox çətinlikləri müzakirə edəcəklər:
“Rivlinin prezidentlik müddəti başa çatır və bu səfər iki ölkə arasındakı dostluğun möhkəmləndirilməsində onun illər ərzində göstərdiyi fədakarlığa hörmət olacaqdır”-,deyə C. Psaki qeyd edib.