Rusiyanın Vaşinqtondakı səfiri ABŞ-a işinə geri dönür | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


Rusiyanın Vaşinqtondakı səfiri ABŞ-a işinə geri dönür

Dünya A- A A+

Rusiyanın Vaşinqtondakı səfiri Anatoliy Antonov artıq ABŞ-a yola düşüb.

Eurasia Diary xəbər verir ki, səfir “RİA Novosti” agentliyinin əməkdaşına bildirib ki, artıq bir neçə görüş planlaşdırılıb.

Antonov konstruktiv qarşılıqlı fəaliyyətə ümid bəslədiyini də qeyd edib:

"Qarşıda çox iş var. İnkişafa ümid edirik".

***

Rusiyanın Vaşinqtondakı səfiri Anatoliy Antonov Moskva Şeremetyevo hava limanından ABŞ-a yola düşür.

Eurasia Diary xəbər verir ki, bu barədə hadisə yerindən TASS-ın müxbiri məlumat verib.

Məlumata görə, diplomat mediaya heç bir açıqlama vermədən səfər edir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 16 iyunda ABŞ prezidenti Co Baydenlə görüşündən sonra iki ölkənin səfirlərinin iş yerlərinə qayıtması ilə əlaqədar razılığa gəldiklərini açıqlamışdı.

Rusiya-Amerika münasibətləri Baydenin müsahibə zamanı Putini "qatil" hesab edib etmədiyi ilə bağlı suala müsbət cavab verməsindən sonra kəskinləşib. Bundan sonra Rusiyanın ABŞ-dakı səfiri Antonov Moskvaya dəvət edilib və üç aya yaxındır ki, öz ölkəsindədir. ABŞ səfiri Con Sullivan da 22 apreldə Vaşinqtona gedib.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...