“Əvvəla, bu, kobud qanun pozuntusudur. Şəhərdə minlərlə kamera quraşdırılıb və onsuz da internetdə görüntülər var. Və indiyə qədər bunu kimin etdiyini tapmaq mümkün deyilsə, deməli, bu, səlahiyyətlilər tərəfindən və ya onların rəhbərliyi altında həyata keçirilib”.
Eurasia Diary xəbər verir ki, bunu 20 iyun səsverməsindən əvvəl Ermənistanın ikinci prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryan jurnalistlərə verdiyi müsahibədə İrəvan küçələrdə görünən "Hayastan" blokuna qarşı yayılan broşuralardan danışarkən söyləyib.
"Polis yaxın 1-2 saat ərzində cinayətkarı tapmazsa, bunun səlahiyyətli nümayəndələr tərəfindən edildiyini nəzərdən keçirəcəyik və bu haqda bəyanat yayacağıq”.