İraqın qərbindəki hərbi baza raket atəşinə tutulub | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


İraqın qərbindəki hərbi baza raket atəşinə tutulub

Dünya A- A A+

İraqda yerləşən Ain-Al-Əsəd hərbi bazası raket atəşə tutulub. Bu bazadan

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələri istifadə edir.

Eurasia Diary xəbər verir ki, bu barədə “Əl Arabiya” telekanalı məlumat verib.

Məlumata görə, İraqın Ənbar vilayətində yerləşən bazaya ən azı iki raket atılıb.

Bölgə təhlükəsizlik qüvvələri tərəfindən tamamilə bloklanıb.

İraqın “Alsumaria” telekanalı isə yerli təhlükəsizlik qüvvələrinə istinadən bildirir ki, hərbi obyektin yaxınlığında partlayan bazaya bir raket atılıb.

Telekanal bazanın hərbi və ya xidmət işçiləri arasında itki olmadığını əlavə edib.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...