Rusların ekzitpol nəticəsi şok etdi - Koçaryan 41%? | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


Rusların ekzitpol nəticəsi şok etdi - Koçaryan 41%?

Dünya A- A A+

Rusiya qurumlarının keçirdiyi ekzitpolun ilkin nəticələri açıqlanıb. Onlar mənə seçkinin nəticələri ilə bağlı məlumatları verməyiblər.

Eurasia Diary xəbər verir ki, bu sözləri erməni əsilli rusiyalı mediamenecer Aram Qabrelyanov Teleqram kanalında yazıb.

Buna baxmayaraq, o, əldə etdiyi ekzitpol nəticəsini yazıb:

“Ermənistan” bloku (Koçaryan) – 41%, Mülki Müqavilə Partiyası (Paşinyan) – 21%, Çiçəklənən Ermənistan (Çarukyan) – 10%, “Şərəf Duyuram” (Sərkisyan) – 7%”.

Qeyd edək ki, A.Qabrelyanov ekzitpolu hansı qurumların keçirdiyini belə yazmayıb.

Seçki məntəqələri saat 20:00-da bağlanıb. Hələlik heç bir ekszitpol nəticəsi rəsmən elan edilməyib. Məntəqələrdə isə səslərin sayımına başlanılıb.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...