Ermənistanda seçkiqabağı rüşvət paylayanlar saxlanıldı | Eurasia Diary - ednews.net

27 İyul, Çərşənbə axşamı


Ermənistanda seçkiqabağı rüşvət paylayanlar saxlanıldı

Dünya A- A A+

Ermənistanda parlament seçkiləri öncəsi təşviqat dövründə rüşvət paylamaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

Eurasia Diary xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin Mətbuat xidməti məlumat verib.

Ermənistanın Şirak vilayətinin Artik şəhərində Milli Təhlükəsizlik Xidməti ilə birlikdə başladılan cinayət işi çərçivəsində 12 mənzildə aparılan axtarışlar zamanı seçici siyahıları, böyük miqdarda pul vəsaiti və bir sıra digər maddi sübutlar aşkarlanaraq götürülüb. Nəticədə, partiya bloklarından birinin lehinə seçkiqabağı rüşvət paylamaqda şübhəli bilinən beş nəfər saxlanılıb.

İlkin istintaq davam edir.

Qafqazinfo.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...